4 güləşçimiz bürünc medal uğrunda döyüşəcək
18 İyun 2015 15:54 İdmanBu gün mübarizəyə başlayan 4 güləşçimiz bürünc medal uğrunda döyüşə çıxacaq. Lent.az-ın məlumatına görə, 70 kq çəki dərəcəsində millimizin üzvü Ruslan Dibirhacıyev təsəlliverici görüşdə bolqarıstanlı Miroslav Kirovla gücünü yoxlayıb və görüşü 4:1 hesabı ilə xeyrinə bitirib. O, növbəti mərhələdə macarıstanlı Zsombor Qulyasla üz-üzə gəlib. Qarşılaşmadan millimizin üzvü 4-3 hesabı ilə qalib ayrılıb. Ruslan bürünc medal uğrunda gürcü güləşçi Davit Tlashadze üz-üzə gələcək.
86 kq çəki dərəcəsində Nurmaqomed Hacıyev təsəlliverici görüşdə italiyalı Vasile Zuz Tudorla üz-üzə gəlib. Elə ilk hissədəcə Hacıyev 10-0 hesabı təmiz qələbə qazanıb. O, 3-cü yer uğrunda görüşdə polşalı Radoslav Marcinkyeviczlə üz-üzə gələcək.
125 kq çəki dərəcəsində Caməlləddin Maqomedov təsəlliverici görüşlərə qatılıb. O, bu görüşdə polşalı Robert Baranı 11-0 hesabı ilə qalib gəlib. Camallədin bürünc medal uğrunda slovakiyalı Soslan Qaqloyevlə qarşılaşacaq.