Bu gün "Qəbələ" Ərzurum toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirəcək. Qol.Az-ın məlumatına görə, "qırmızı-qaralar" həvəskarlar liqasında çıxış edən "Aşkalespor"la üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, "Qəbələ" Türkiyədəki ilk yoxlama oyununda Ərzurumun U-21 komandası ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31