Dodo komanda ilə məşqlərə başladı

2015/16 mövsümünün hazırlıqlarını Ərzurumda davam etdirən "Qəbələ" təlim-məşq toplanışının 8-ci gününü iki məşqlə başa vurub. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "qırmızı-qaralar" hazırlıq zamanı əsasən toplu çalışmalara üstünlük verib. Roman Qriqorçukun komandası məşq zamanı taktiki hazırlıq üzərində də çalışıb. Toplanışın əvvəlki hissəsində fərdi məşqlərlə kifayətlənən Dodo komanda ilə birlikdə hazırlıq keçib. Rikardinyo və Ruslan Əmircanov isə fərdi məşqlə kifayətləniblər. Milli üzvləri Cavid Hüseynov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov və Elvin Camalov  komandaya təlim-məşq toplanışının ikinci hissəsində - Qəbələdə qoşulacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31