Erməni idmançısını udan güləşçimiz artıq yarımfinal mərhələsindədir
18 İyun 2015 13:19 İdmanBakı 2015 birinci Avropa Oyunlarında kişilər arasında sərbəst güləş yarışlarının ikinci, ümumilikdə güləş yarışlarının son günündə döşək üzərinə Azərbaycanın 4 güləşçisi çıxacaq. Trend xəbər verir ki, güləş yarışlarının son günündə sərbəst güləş üzrə 61, 70, 86 və 125 kq çəkidə qaliblər müəyyənləşəcək. Təmsilçilərimizdən Hacı Əliyev (61 kq), Ruslan Dibirhacıyev (70 kq), Nurməhəmməd Hacıyev (86 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) Azərbaycana medal qazandırmağa çalışacaqlar.
61 kq
1/8 final - Valodya Franqulyan (Ermənistan) - Hacı Əliyev
70 kq
1/8 final - Ruslan Dibirhacıyev - Miroslav Kirov (Bolqarıstan)/Maqomedmurad Qacıyev (Polşa)
86 kq
1/8 final - Nurməhəmməd Hacıyev - Georgi Sredkov (Bolqarıstan)
125 kq
1/16 final - Jonas Rudaviçius (Litva) - Cəmaləddin Məhəmmədov