Azərbaycanlı gimnastların I Avropa Oyunlarında 6-cı günü
18 İyun 2015 12:37 İdmanÖtən gün I Avropa Oyunları çərçivəsində 6-cı yarış günü başa çatıb. Trend-in verdiyi məlumata əsasən, həmin gün mübarizədə akrobatika gimnastikası, aerobika, bədii gimnastika və batutda tullanma yarışlarında azərbaycanlı idmançılar iştirak edib. Azərbaycan gimnastları yaxşı nəticələr göstərərək akrobatik gimnastika və batutda tullanma yarışlarında final mərhələsinə keçiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31