Güləşçimiz erməni idmançını məğlub etdi

Kişilər arasında güləş üzrə sərbəst üsulla yarışlar davam edir. 61 kq çəkidə yarışan Hacı Əliyev 1/8 final görüşündə Ermənistandan olan idmançı Valodiya Franqulyanla üz-üzə gəlib. ANS PRESS-in məlumatına görə, təmsilçimiz Franqulyana qarşı əzimlə mübarizə aparıb. Hacı Əliyev erməni rəqibinə xal vermədən 7:0 hesablı qələbə qazanıb. Yaşar Əliyevdən sonra, qardaşı Hacı Əliyev də ənənəyə sadiq qalaraq erməni idmançını mübarizədən kənarlaşdırıb.

***

125 kq çəkidə yarışan Azərbaycan təmsilçisi Camaləddin Maqomedov ilk görüşündə Yonas Rudaviçiusa (Litva) ilə qarşılaşıb.

ANS PRESS-in məlumatına görə, güləşçimiz rəqibini 4:0 hesablı təmiz qələbə ilə məğlub edib.

***

Kişilər arasında güləş üzrə sərbəst üsulla yarışlar davam edir. ANS PRESS-in məlumatına görə, bu gün sərbəst üsulla güləşdə 4 çəki üzrə görüşlər başlayacaq. Azərbaycan hər 4 çəki üzrə mübarizəyə qoşulacaq. 61 kq çəkidə Hacı Əliyev 1/8 final görüşündə Ermənistandan olan idmançı Valodiya Franqulyanla üz-üzə gələcək. Digər bir təmsilçimiz Ruslan Dibirhacıyev isə 70 kq çəkidə yarışacaq. Təmsilçimiz 1/8 finalda Miroslav Kirov (Bolqarıstan) - Maqomedmurad Hacıyev (Polşa) cütünün qalibi ilə qarşılaşacaq. Kişilər arasında 1/8 final mərhələsində 86 kq çəkidə isə Nurmaqomed Hacıyev Bolqarıstandan olan güləşçi Georgi Sredkovla mübarizə aparacaq. 125 kq çəkidə isə Avropa və dünya çempionatının mükafatçısı Camaləddin Maqomedov ilk görüşünü Yonas Rudaviçiusa (Litva) qarşı keçirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31