Daha bir güləşçimiz erməniyə qarşı

Bu gün Bakı-2015 1-ci Avopa Oyunlarında sərbəst güləş üzrə kişilərin yarışına yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, yarışın yeddinci günündə 4 çəki dərəcəsində yarışlar baş tutacaq.Milli komandamızın 4 idmançısı da bu gün meydana çıxacaq.İlk olaraq xalça üzərinə 61 kq çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev ayaq basacaq. O, erməni Franqulyan Valodya ilə üz-üzə gələcək. Bu qarşılaşma saat 10:49-də başlayacaq.70 kq çəki dərəcəsində Ruslan Dibirqac xalçaya çıxacaq. Onun rəqibi hələlik bəlli deyil.86 kq-da Nurmaqomed Hacıyev bolqarıstanlı Georgi Sredkov ilə üz-üzə gələcək. Bu qarşılaşma 10:56-da başlayacaq.125 kq çəkidə isə Cəmaləddin Maqomed mübarizəyə qoşulacaq. O, litvalı Rudaviçius Conasla qarşılaşacaq. Görüş 10:21-də start götürəcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31