İlham Əliyevdən Ayxana təbrik zəngi- Foto
18 İyun 2015 11:18 İdmanDünən qızıl medal qazanan taekvondoçumuz Ayxan Tağızadəni yarışdan dərhal sonra Azərbaycan prezidenti İlham Əliyev təbrik edib."Qafqazinfo" olimpiya.az saytına istinadən xəbər verir ki, ölkə başçısı idmançımızla telefonla danışaraq onu bu möhtəşəm zəfər münasibəti ilə təbrik edib. Dövlət başçısı Ayxan Tağızadəyə gələcək yarışlarda uğurlar arzulayıb. Avropa Oyunlarının çempionu Ayxan Tağızadə qazandığı qızıl medalı Azərbaycan Respublikasının prezidentinə və xalqımıza həsr etdiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31