Azərbaycan prezidenti Xetaq Qazyumova qızıl medal təqdim edib
18 İyun 2015 00:25 İdmanAvropa Oyunlarında sərbəst güləş üzrə 97 kiloqram çəki dərəcəsində medalların təltif olunması mərasimi keçirilib.APA-nın məlumatına görə, Azərbaycana 10-cu qızıl medalı qazandıran sərbəst güləşçimiz Xetaq Qazyumova medalı prezident İlham Əliyev təqdim edib.Təqdimetmə mərasimində Dünya Güləş Federasiyasının rəhbəri Nenad Laloviç də iştirak edib.Medallar təqdim edildikdən sonra qalib ölkələrin bayraqları qaldırılıb və Azərbaycanın dövlət himni ifa olunub. Himnin ifasından sonra tamaşaçılar qalib Xetaq Qazyumovu ayaq üstə alqışlayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31