Azərbaycan Avropa Oyunlarında qızıl medallarının sayını 11-ə çatdırdı
18 İyun 2015 00:14 İdmanBakıda I Avropa Oyunları çərçivəsində kişilər arasında 68 kiloqram çəki dərəcəsində taekvondo yarışlarında mübarizə aparan Ayxan Tağızadə final görüşünə çıxıb.Trend-in məlumatına görə, o, finalda Karol Robakla qarşılaşıb.Təmsilçimiz rəqibinə 10:9 hesabı ilə qalib gələrək qızıl medala yiyələnib.Beləliklə, Azərbaycan Avropa Oyunlarında 11-ci qızıl medalını qazanıb.Qeyd edək ki, A.Tağızadə yarışa ilkin mərhələdən başlayıb. Sloveniyalı Yure Pantarla döyüşən həmyerlimiz 11:3 hesabı ilə qalib gələrək 1/4 finalda London Olimpiya Oyunlarının qalibi, ikiqat dünya və ikiqat Avropa çempionu ispaniyalı Xoel Qonzales Bonilla ilə qarşılaşıb. 19 yaşlı idmançımız təcrübəli rəqibini 7:5 hesabı ilə məğlub edərək yarımfinalda iştirak hüququ qazanıb. Bu mərhələdə Rusiya idmançısı Aleksey Denisenkonu 7:5 hesabı ilə məğlub edən Ayxan Tağızadə finala çıxıb.