Elvin Yunuszadə rəsmən "Qarabağ"da
17 İyun 2015 21:00 İdmanÖlkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" daha bir transferini gerçəkləşdirib. Qol.Az-ın məlumatına görə, Ağdam klubu "Neftçi"dən ayrılan Elvin Yunuszadə ilə müqavilə imzalayıb. Xəbəri "Qarabağ"ın mətbuat xidmətindən təsdiqləyiblər. 23 yaşlı mərkəz müdafiəçisi iki illik müqaviləyə qol çəkib.
Qeyd edək ki, "Qarabağ" buna qədər Bakı "İnter"indən Elvin Məmmədov, Coşqun Diniyev və Azər Salahlını, "Simurq"dan Vüqar Mustafayevi, Fransanın "Lans" klubundan Alharbi El Jadeyaouini heyətinə cəlb edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31