Voleybolçularımız Avropa Oyunlarında bu dəfə italyanlardan güclü oldular
17 İyun 2015 19:53 İdmanBu gün Avropa Oyunlarında qadın voleybolçular arasında növbəti turun oyunları keçirilir. Trend-in məlumatına görə, Azərbaycan yığması İtaliya komandası ilə qarşılaşıb. Voleybolçularımız ilk iki setdə qalib gəliblər - 25:22, 25:20. Növbəti setdə isə italyanlar üstün olublar - 22:25. Gərgin keçən 4-cü setdə yığmamız üstün olub - 3:1.
Qeyd edək ki, bundan əvvəl hər iki oyunda qalib gələn millimiz qrup lideridir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31