I Avropa Oyunlarında atıcılığın bəzi növlərində mükafatçılar müəyyənləşib
17 İyun 2015 19:16 İdmanBu gün Bakı-2015 Avropa Oyunları çərçivəsində atıcılığın bəzi növlərində mükafatçılar müəyyənləşib. Trend-in məlumatına görə, kişilər arasında səngər stendi yarışlarında Aleksey Alipov (Rusiya) birinci, Erik Varqa (Slovakiya) ikinci, Covanni Pellielo (İtaliya) isə üçüncü yeri tutub.
Qadınların 10 metrdən hava tapançası ilə atəş yarışlarının mükafatçıları: Zorana Arunoviç (Serbiya), Sonya Franke (İspaniya), Viktoriya Çayka (Belarus)
Kişilər arasında 10 metrdən hava tapançası ilə atəş yarışlarının mükafatçıları: Damir Mikeç (Serbiya), Joao Koşta (Portuqaliya), Yuray Tujinski (Slovakiya)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31