Rusiyalı idmançı: "I Avropa Oyunları keçirilmə səviyyəsinə görə Olimpiya Oyunlarına uyğundur"
17 İyun 2015 19:07 İdman"Bakıda I Avropa Oyunları miqyası və səviyyəsinə görə Olimpiya Oyunlarına uyğundur". Bu barədə Trend-ə I Avropa Oyunları çərçivəsində stend atıcılığı üzrə yarışlarda qızıl medal qazanan rusiyalı idmançı Aleksey Alipov deyib. O bildirib ki, bunu Bakıda toplaşan Avropa atıcılıq idmanı elitası da təsdiqləyir: "Atletlər kəndi xüsusi tərifəlayiqdir. İstirahət, məşq zalı, hovuz - hər şey yüksək səviyyədə təşkil edilib, heç burdan getmək istəmirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31