Ukraynalı gimnastlar: "Hər Olimpiya Oyunları I Avropa Oyunlarında olan hazırlıq səviyyəsi ilə öyünə bilməz"
17 İyun 2015 18:57 İdman"Hər Olimpiya Oyunları Bakı-2015 Avropa Oyunlarında olan hazırlıq səviyyəsi ilə öyünə bilməz". Bunu Trend-ə Ukraynanın akrobatika gimnastikası üzrə qadınlardan ibarət komandasının üzvləri Nadya Kotlyar, Diana Pançuk və Anna Patçenko deyiblər. Onlar qeyd ediblər ki, Bakı-2015 Avropa Oyunları dünya idmanı həyatında heyrətamiz hadisədir: "Burada çox gözəl obyektlər var, nəqliyyat və qida ilə bağlı məsələlər yüksək səviyyədədir. Oyunların açılış mərasimi çox xoşumuza gəldi". İdmançılar çıxışlarından razı qaldıqlarını deyiblər: "Məşqçinin etibarını doğruldaraq, bütün elementləri düzgün yerinə yetirərək olduqca yaxşı inkişaf etdik". Gimnastlar vurğulayıblar ki, finala çıxmaqla bağlı hələ planları yoxdur: "Biz finalda elementləri daha yaxşı yerinə yetirərək hakimlər tərəfindən bəyənilmək niyyətindəyik".