Azərbaycan akrobatları Avropa Oyunlarında ikinövçülükdə medallar uğrunda mübarizə aparacaqlar
17 İyun 2015 17:44 İdmanAzərbaycan gimnastları Bakı-2015 Avropa Oyunları çərçivəsində akrobatika üzrə qarışıq cütlüklərin balans hərəkətində finala çıxıblar. Trend-in məlumatına görə, Azərbaycan təmsilçiləri Ulyana Dyakova və Anatoli Leonov 25.750 bal toplayaraq təsnifatda altıncı olublar ki, bu da onlara medallar uğrunda mübarizə aparmağa imkan verib.
Qeyd edək ki, daha əvvəl U.Dyakova və A.Leonov temp hərəkətlərində də finala çıxıblar. Bu o deməkdir ki, onlar qarışıq ikinövçülükdə medallar uğrunda mübarizə aparacaqlar. Balans və temp hərəkətlərində final yarışları iyunun 21-də keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31