Rusiyalı gimnastlar I Avropa Oyunlarının çoxnövçülük yarışlarında qızıl medal qazandı

Bədii gimnastika çoxnövçülük üzrə qrup yarışlarında Rusiya milli komandası qızıl medal qazanıb. Trend-in məlumatına əsasən, lent, üç cüt gürz və iki halqa ilə hərəkətlərin nəticələrinə görə Rusiya idmançıları 35,300 xal toplayıb. 35,050 xal ilə İsrail ikinci yerə, 34,850 xal ilə Belarus gimnastları üçüncü yerə layiq görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31