I Avropa Oyunlarında dalaşan güləşçilər diskvalifikasiya edildi
17 İyun 2015 16:20 İdmanBakı-2015 birinci Avropa Oyunlarında Heydər Əliyev adına İdman Sarayında keçirilən sərbəst güləş üzrə yarışlarda dava düşüb. Trend xəbər verir ki, 57 kq çəki dərəcəsində yarımfinal mərhələsində qarşılaşan Gürcüstan təmsilçisi Vladimir Xvinçeqaşvili və Belarus təmsilçisi Vladislav Andreyev arasında dava düşüb. Görüşün ortasında bir-birinə kəllə və yumruq atan idmançıları hakim və məşqçilər ayırıblar. Bundan sonra mübarizə saxlanılıb. Münsiflərin qərarı ilə hər iki idmançı diskvalifikasiya edilərək yarışlardan uzaqlaşdırılıblar. Hər iki tərəfin etirazlarına baxmayaraq, onların etirazı qəbul edilməyib və güləşçilər zalı tərk etməyə məcbur olublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31