Avropa Oyunları: Yaşar ermənini sürüyüb yarımfinala çıxdı!

Milli.Az bildirir ki, Toğrul Əsgərov 1/2 final mərhələsində Belarus təmsilçisi Əzəmət Nirikau ilə yarışıb. Görüş Toğrulun 3-1 hesablı qələbəsi ilə başa çatıb. Toğrul finalda!

***

Milli.Az bildirir ki, 57 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Yaşar Əliyev 1/2 finalda Rusiya təmsilçisi Viktor Lebedev ilə qarşılaşıb. Görüş Yaşarın 1-3 hesablı məğlubiyyəti ilə bitib. Onun bürünc medal qazanmaq şansı qalır.

***

Milli.Az bildirir ki, 97 kq çəki dərəcəsindəki idmançımız Xetaq Qazyumov 1/2 final mərhələsində rusiyalı Abdusalam Gadisov ilə görüşüb. Qarşılaşma Qazyumovun 1-3 hesablı qələbəsi ilə bitib. Xetaq da 2/1 finalda!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31