Azərbaycanlı güləşçiyə hücum edildi

Yaşar Əliyevin üstünə gələn rəqibinin erməni əsilli olduğu deyilir. 57 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Yaşar Əliyev rəqibin hücumuna məruz qalıb. ANS PRESS-in məlumatına görə, Heydər Əliyev Konsert Kompleksində keçirilən yarışlar zamanı 57 kq çəki dərəcəsində mübarizə aparan Yaşar Əliyev fransalı rəqibi El Ourraqe Zoheirlə qarşılaşıb. Yaşar görüşdən qalib ayrılıb. O, rəqibi üzərində 9:4 hesablı qələbə qazanıb. Lakin fransız idmançı peşəkar idmançıdan fərqli olaraq oyundan sonra rəqibinə hücum etməyə cəhd edib. Əldə etdiyimiz məlumata görə, oyunun son anlarında Y. Əliyev fənd işlətmək istəyib və rəqibin boynuna əl atıb. Lakin o bundan qıcıqlanıb və bu hərəkətə yol verib. İddiaya görə, El Ourraqe Zoheir erməni əsillidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31