Qazaxıstanın Şimkənd şəhərində keçiriləcək UEFA-nın inkişaf turnirində iştirak edən 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması ilk oyununu keçirib. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Qazaxıstan yığması ilə qarşılaşma komandamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızdan Nigar Cəlilli və Kristina Bakarandze fərqləniblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31