Bu gün kişi sərbəst güləşçilərimiz mübarizəyə qoşulur

Bu gün Bakı 2015 birinci Avropa Oyunlarında kişilər arasında sərbəst güləş yarışları başlayır. Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışlarda xalça üzərinə Azərbaycanın 4 güləşçisi çıxacaq.

Trend xəbər verir ki, sərbəst güləş yarışlarının ilk günündə 57, 65, 74 və 97 kq çəkidə pəhləvanlar mübarizə aparır.

57 kq
1/8 final - Yaşar Əliyev - Zoheir El Ouarraqe (Fransa)

65 kq
1/16 final - İlyas Bekbulatov (Rusiya) - Toğrul Əsgərov

74 kq
1/8 final - Mihaly Nagy (Macarıstan) - Cəbrayıl Həsənov

97 kq
1/16 final - Radoslav Baran (Polşa) - Xetaq Qazyumov

Qeyd edək ki, yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz iki dəst medal qazanıb. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olub.

Qadın güləşçilərin yarışında güləşçilərimiz 2 qızıl və 1 bürünc medal qazanıb. Qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq), bürüncü isə Nataliya Sinişin (55 kq) qazandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31