Azərbaycan çimərlik voleybolunda ilk qələbəsini qazandı
17 İyun 2015 10:16 İdmanİyunun 16-da "Bakı-2015" birinci Avropa Oyunlarında çimərlik voleybolu yarışlarına start verilib.Avropa Oyunları Parkında təşkil olunan yarışda Azərbaycanın iki qadın cütlüyü mübarizə aparıb. Belə ki, Yuliya Kərimova - Rakel Ferreira Polşanı təmsil edən Katarjina Koçiolek - Dorota Straq cütlüyünə, Vivian Cunha/Zinaida Lyubimova isə danimarkalı Yeva Banq/Sisilie Olsen duetinə 2:0 hesabı ilə qalib gəlib.Yuliya Kərimova və Rakel Ferreira ikinci görüşünü də qələbə ilə başa vurublar. Voleybolçularımız ukraynalı Darya Udavenko - Yelizaveta Sulimaya duetinə 2:0 hesabı ilə qalib gəliblər. Vivian Cunha/Zinaida Lyubimova isə Avstriya təmsilçisi Lena Maria Plesiutscinq - Katarina Şutzenhofer cütlüyünə 0:2 hesabı ilə məğlub olub.Yarışın final mərhələsi iyunun 20-də təşkil olunacaq.