Sinxron üzgüçülük yarışlarına yekun vuruldu – qalib bu ölkə oldu
17 İyun 2015 10:14 İdmanİyunun 16-da birinci Avropa Oyunlarının sinxron üzgüçülük yarışlarına yekun vurulub.Modern.az xəbər verir ki, həm fərdi, həm də sərbəst birləşmə üzrə final yarışlarında Rusiya idmançıları qızıl medallar qazanıblar.Sərbəst birləşmə yarışlarının finalında Rusiya komandası 90.2333 balla çempion adını qazanıb. İspaniya yığması 87.7333 balla ikinci, Ukrayna millisi isə 86.8667 balla üçüncü olub.Fərdi yarışların finalında isə rusiyalı Anisiya Neborako 170.9924 balla birinci Avropa Oyunlarını qızıl medalına layiq görülüb. Gümüş medala 162.9758 balla ispaniyalı Berta Ferreras Sanz sahib olub. Avstriyalı Anna-Maria Aleksandri isə 162.4333 balla üçüncü yerə çıxıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31