Taekvondo yarışlarında qaliblərin mükafatlandırılması mərasimi keçirildi

"Baku Crystal Hall" taekvondo üzrə 49 kiloqram çəki dərəcəsində qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Lent.az-ın məlumatına görə, mükafatları qaliblərə Dünya Taekvondo Federasiyasının prezidenti Canqvon Çoy və Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov təqdim edib. Bu çəki dərəcəsində qızıl medalı Böyük Britaniya təmsilçisi Çarli Meddok, gümüş medalı Tijana Boqdanoviç, bürünc medalları isə Azərbaycan taekvondoçusu Patimat Abakarova ilə xorvat Lusiya Zanionoviç qazanıblar.

Qeyd edək ki, taekvondo yarışları 4 gün keçiriləcək və hər gün 2 dəst medal öz sahibini tapacaq.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31