Polşalı idmançı: "I Avropa Oyunları tarixə düşəcək

"I Avropa Oyunları dünyada şöhrət qazanır və tarixə düşəcək". Bunu Trend-ə çimərlik voleybolu üzrə polşalı idmançı Katarjina Koçiolek deyib.

Onun sözlərinə görə, Oyunlar bir çox insanlarla tanış olmaq, gözəl komandalarla yarışmaq, eləcə də indiyə qədər olmadığı Bakıya səyahət imkanı verdi.

İdmançı paytaxtın arxitekturasından və çoxmərtəbəli binaların sayından heyrətləndiyini bildirib: "Azərbaycan çox xoşuma gəldi. Burada hər şey çox gözəldir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31