Azərbaycan idmançısı: "Yaxşı nəticə göstərəcəyəm"

"Belə yüksək səviyyəli oyunların Azərbaycanda keçirilməsi çox sevindirici haldır". Bunu Trend-ə azərbaycanlı kamandan oxatan Olqa Senyuk deyib. I Avropa Oyunlarının açılışını xüsusi vurğulayan idmançı bildirib ki, açılış mərasimi möhtəşəm, çox gözəl və təntənəli oldu: "Azərbaycan bayrağı altında arenaya çıxmaq çox xoşdur". O.Senyuk əlavə edib ki, bu gün yarışda əldə etdiyi nəticə gözləntilərə uyğun deyildi: "Buna səbəb külək oldu. Külək tarazlığı qorumağa imkan vermir. 3 gündən sonra fərdi yarışlar olacaq. Yaxşı nəticə göstərmək niyyətindəyəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31