DÇ-2018-in püşkatması zamanı Azərbaycan və Ermənistan yığmaları rəqib olmayacaq

Seçmə mərhələnin püşkatması iyulun 25-də Sankt-Peterburqda keçiriləcək

2018-ci ildə keçiriləcək futbol üzrə Dünya Çempionatının seçmə mərhələsinin püşkatması zamanı Azərbaycan və Ermənistan yığmaları ayrı qruplarda yer alacaq. APA-nın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, buna səbəb kimi iki ölkə arasındakı siyasi durum göstərilir. DÇ-2018-in seçmə mərhələsinin püşkatması 2015-ci ilin 25 iyul tarixində Sankt-Peterburqda baş tutacaq. DÇ-2018 Rusiyanın 11 şəhərində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan və Ermənistan yığmaları uzun müddətdir dünya və Avropa çempionatlarının seçmə mərhələlərində ayrı-ayrı qruplarda yer alırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31