Boksçumuzun Avropa Oyunlarındakı rəqibi məlum oldu

Milli komandamızın üzvü Elvin Məmişzadənin (52 kq) Avropa Oyunlarının 1/8 final mərhələsindəki rəqibi məlum olub. Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, həmyerlimiz iyunun 20-də İrlandiya boksçusu Myles Kaseylə qarşılaşacaq. M.Kasey 1/16 final mərhələsində Belarus təmsilçisi İvan Fiqurenkanı məğlub edib - 3:0. E.Məmişzadə 21 yaşlı rəqibini yaxşı tanıyır. Belə ki, İrlandiya komandası Bakıda boksçularımızla birgə təlim-məşq toplanışı keçib. Birinci Avropa Oyunlarında Albert Səlimovun da rəqibi məlum olub. 60 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz 1/8 final mərhələsində Gürcüstanı təmsil edən Otar Eranosyanla qarşılaşacaq. Gürcüstan idmançısı 1/16 final mərhələsində latviyalı Artyom Ramlavsı məğlub edib - 3:0. Qeyd edək ki, A.Səlimov WSB liqasından 2016-cı ildə keçiriləcək Rio-de-Janeyro Olimpiadasına vəsiqə qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31