Azərbaycan taekvondoçusu yarımfinala yüksəldi

Avropa Oyunlarında 49 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycanın qadın taekvondoçusu Patimat Abakarova yarımfinal mərhələsinə yüksəlib. Trend-in məlumatına görə, təmsilçimiz 1/4 finalda yunan idmançı İoanna Kutsunu 4:2 hesabı ilə məğlubiyyətə uğradıb. P.Abakarova yarımfinalda serbiyalı Tiyana Boqdanoviçlə döyüşəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31