Azərbaycan Avropa Oyunlarında 3-cü gümüş medalını qazandı
16 İyun 2015 17:18 İdmanAzərbaycan avarçəkəni Avropa Oyunlarında gümüş medal qazanıb. Trend-in məlumatına görə, təmsilçimiz Valentin Demyanenko kişilər arasında 200 m məsafəyə kanoe-təkbətək (C1) yarışında 40.142 saniyə nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Birinci yeri 40.064 saniyə nəticə ilə litvalı Henrikas Zustautas, ikinci yeri isə 40.188 nəticə ilə çexiyalı Martin Fuksa tutub.
Qeyd edək ki, bu, Azərbaycanın Avropa Oyunlarında qazandığı 3-cü gümüş medal, ümumilikdə isə 17-ci medaldır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31