Erməniyə uduzan idmançımız: "Bunun əvəzini çıxacam"

"Utancımdan başımı yuxarı qaldırmağa üzüm belə yox idi. O medalı necə, nə cür aldığımı belə xatırlamıram". "Çox utanırdım. Utancımdan başımı yuxarı qaldırmağa üzüm belə yox idi. O medalı necə, nə cür aldığımı belə xatırlamıram". Bunu ANS PRESS-ə açıqlamasında Yunan-roma gülәşi üzrә 66 kq çәki dәrәcәsindә Avropa Oyunlarının bürünc mükafatçısı Hәsәn Әliyev söyləyib. İdmançımız bildirib ki, erməniyə doğma divarlarda uduzmağa haqqım yox idi: "Çox utanıram belə olduğu üçün. Heç düşünmürdüm belə olacağını. Həmin idmançını bir neçə il öncə məğlub etmişdim. Mənə dəstək olanların başlarını aşağı elədim. Özümə bağışlaya bilmirəm bunu. Bürünc medal uğrunda görüşə çıxmaq istəmirdim. Erməniyə uduzmağı həzm edə bilmirəm. İnşallah bunun əvəzini çıxacam nə vaxtsa", - deyə H.Əliyev əlavə edib. Xatırladaq ki, Həsən Əliyev Avropa Oyunlarında 66 kq çәki dәrәcәsindә 1/2 final mərhələsində Miqran Arutyunyana 5:8 hesabı ilə məğlub olmuşdu. Təmsilçimiz bürünc medal uğrunda görüşdə isə Serbiyadan olan Aleksandr Maksimoviçi 0:4 hesabı ilə məğlub edərək medalı boynuna taxmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31