“Qarabağ” fransalı futbolçunu rənglərinə bağladı
16 İyun 2015 15:57 İdman"Qarabağ" Futbol Klubu yay transfer dönəmində ilk transferini reallaşdırıb. Ağdam təmsilçisi Fransanın I Liqa komandası "Lans"da forma geyinən əl-Harbi əl-Jadeyaouinin keçidini həll edib. "Olaylar"ın klubun rəsmi saytına istinadən məlumatına görə, 29 yaşlı əlcəzairəzilli futbolçu vinger mövqeyində oynayır. Yarımmüdafiənin hər 2 cinahında oynamağı sevir. Kariyerası boyunca Fransa klublarında çıxış edən əl-Harbinin karyerasının ən yaxşı mövsümü sonuncu ili olub. Yüksək dəstədə 26 oyuna çıxan vinger 3 qola da imza atıb. Son illər yüksələn qrafiklə fərqlənən futbolçu Mərakeş millisini də çağrılıb. İyunun 16-da futbolçuyla 2 illik müqavilə bağlanılıb. Əl-Harbi komandamızda 10 nömrəli futbolkanı daşıyacaq. Müqavilə bağladıqdan sonra Fransa vətəndaşı olan vinger öz təəssüratlarını paylaşıb:" Bilirəm ki, "Qarabağ" olduqca iddialı və ambisiyaları olan klubdu. Ötən mövsüm Avroliqada "Qarabağ"ın "Sent -Etyen" və "İnter"lə oyunlarını izləmişəm. Yeni komandam baxımlı futbol oynayır. Daim hücumda oynamağı sevir. Ona görə də doğru ünava gəldiyim qənaətindəyəm. Bilirəm ki, yeni gələn futbolçudan azarkeşlər çox şey gözləyir. İlk məqsədim komandaya tez adaptasiya olub meydana çıxmaqdı. Çempionlar Liqasında maksimum uğur qazanmaq əlbəttə xoş olardı. Bunun üşün əlindən gələni edəcəm ki, komandama faydalı olum. Təbii ki, "Qarabağ" uğur qazanmaq üçün gəlmişəm.`