Azərbaycan Avropa Oyunlarında çimərlik voleybolunda ilk qələbəsini qazanıb
16 İyun 2015 15:43 İdmanBu gün I Avropa Oyunları çərçivəsində çimərlik voleybolu üzrə yarışlarda azərbaycanlı idmançılar Yuliya Kərimova və Rakel Fereyra yarışlarda ilk qələbələrini qazanıblar. Trend-in məlumatına görə, onlar polşalı voleybolçulara 2-0 hesabı ( 21:18; 21:18) ilə qalib gəliblər. H qrupunun digər matçında Çexiya Ukraynanı 2-0 hesabı ilə məğlub edib. Hazırda A qrupunda görüşlər keçirilir. Burada Azərbaycanın digər cütlüyü Vivyen Kunya və Zinaida Lyubimova Danimarka voleybolçuları ilə qarşılaşır. Birinci setdə voleybolçularımız rəqiblərini 21:14 hesabı ilə məğlub ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31