Saymon Kleq: “I Avropa Oyunları karatenin Olimpiya oyunları proqramına salınmasına kömək edə bilər”
16 İyun 2015 14:21 İdmanI Avropa Oyunları karatenin Olimpiya oyunları proqramına salınmasına kömək edə bilər. Trend-in məlumatına əsasən, bunu Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq mətbuat konfransı zamanı agentliyin sualını cavablandırarkən deyib. O bildirib ki, bir çox idman növləri Olimpiya hərəkatının bir hissəsi olmağa çalışır: "Düşünürəm ki, Olimpiya nümayəndələri arasında idmandan xəbərdarlıq səviyyəsinin yüksəldilməsi baxımından I Avropa Oyunları yaxşı imkandır. Beynəlxalq Olimpiya Komitəsinin bir çox üzvü burada iştirak edir. Onlar karatenin Olimpiya oyunları proqramına daxil edilməsinə yardım edə bilərlər". S.Kleq qeyd edib ki, I Avropa Oyunları nəinki idmançılar, həmçinin idman növü kimi karate üçün yaxşı təcrübədir: "Əminəm ki, insanlar karateyə maraq göstərəcəklər".