Azərbaycan kayakçısı Avropa Oyunlarında 5-ci yeri tutub
16 İyun 2015 14:15 İdmanAzərbaycanı I Avropa Oyunlarında təmsil edən kayakçı İnna Osipenko-Radomskaya 500 metr məsafəyə final yürüşündə mübarizə aparıb. "OLAYLAR"-ın xəbərinə görə, qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) çıxış edən 33 yaşlı idmançımız həlledici yürüşdə 5-ci yeri tutub. O, məsafənin yarısını bütün rəqiblərindən öndə keçsə də, son bölümdə mövqeyini əldən verməyə başlayıb. Nəticədə Osipenko Radomskaya finişə 2 dəqiqə 5,583 saniyəyə çatıb. Macarıstanlı Danuta Kozak (2:03.569) qızıl, avstriyalı İvonne Şurinq (2:04.708) gümüş, polşalı Evelina Vojnarovska (2:05.389) isə bürünc medal qazanıb. Qeyd edək ki, İnna Osipenko-Radomskaya bu gün saat 15:05-də 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə də final yürüşündə çıxış edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31