Qadın güləşçimiz FİNALA yüksəldi

Avriopa Oyunlarında  güləş yarışlarında 53 kq  çəki dərəcəsində ölkəmizi təmsil edən  Anjela Doroqan  finala yüksəlib. Lent.az-ın məlumatına görə, o, yarımfinal qarşılaşmasında moldovalı Natalia Buduya qalib gələrək adını finala yazıb.
Qeyd edək ki, Doroqan  mübarizəyə 1/8 final mərhələsindən başlayıb.  O, ilk mərhələdə türkiyəli Merve Kengerle qarşılaşıb. Hesab 8:2 Doroqanın xeyrinə başa çatıb.  O, 1/4 finalda Macarıstan idmançısı Mersedes Denisi 5-0 hesabl ilə Doroqanın qələbəsi ilə başa çatıb. 58 kq çəki dərəcəsində millimizin üzvü İrina Netraba isə yarımfinalda məğlub olub. O, ilk mərhələdə italiyalı  Karola Raynero ilə gücünü yoxlayayıb. Həmvətənlimiz ilk qarşılaşmasını 3-1 hesabı ilə alib gələrək adını 1/8 final mərhələsinə yazdırıb. İrina Netraba 1/8 final qarşılaşmasına bolqarıstanlı Mimi Hırıstova ilə üz-üzə gəlib. Qarşılaşma İrinanın 6-4 qələbəsi ilə başa çatıb.  İrina yarımfinalda macarıstanlı Emesə Barkaya məğlub olub. O,  bürünc medal uğrunda mübarizə aparacaq.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31