Blatter qərarını dəyişəcək?
16 İyun 2015 13:26 İdmanFIFA prezidenti Yozef Blatter prezident vəzifəsində qalacağı ilə bağlı informasiyanı təkzib edib. Trend bu barədə "İnterfaks" agentliyinə istinadən xəbər verir. Xatırladaq ki, "Schweiz am Sonntag" qəzeti Afrika və Asiya futbol ittifaqlarının dəstəyinə görə 79 yaşlı Y.Blatterin istefaya getmək qərarını dəyişə biləcəyi ilə bağlı məlumat yaymışdı. Ötən gün FIFA prezidentinin uzun illər müşaviri vəzifəsində fəaliyyət göstərən Klaus Ştolker hadisələrin belə gedişatını istisna etməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31