Azərbaycanlı qadın taekvondoçu ¼ final mərhələsinə çıxıb

Bakıda I Avropa Oyunları çərçivəsində taekvondo yarışları üzrə Azərbaycanı təmsil edən Patimat Abakarova ¼ final mərhələsinə çıxıb.Trend-in məlumatına görə, idmançımız rusiyalı rəqibi Aleksandra Liçaqinaya qarşı keçirdiyi ilk oyunda 7:1 hesabı ilə qalib gəlib. Növbəti mərhələdə onun rəqibi Yunanıstan təmsilçisi İonna Kutsu olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31