Taekvondoçularımız yarışlara qoşuldu
16 İyun 2015 10:58 İdmanBu gün kişilər arasında taekvondo üzrə yarışlar başlayır.ANS PRESS-in məlumatına görə, taekvondoda Azərbaycanı bu gün 2 idmançı təmsil edəcək. Kişilər arasında 58 kq çəkidə Məhəmməd Məmmədov İsrail təmsilçisi Gili Haimovitsi ilə üz-üzə gələcək.Qadınlar arasında isə 49 kq çəkidə Patimat Abakarova Rusiyadan olan idmançı Aleksandra Luçaqinadla münasibətlərinə aydınlıq gətirəcək.Xatırladaq ki, I Avropa oyunlarında ölkəmizi, taekvondo idman növü üzrə böyüklərdən ibarət milli komandanın 8 üzvü təmsil edəcək. Komandamızın üzvlərindən kişi taekvondoçulardan 58 kq çəki dərəcəsində Məhəmməd Məmmədov, Ayxan Tağızadə (-68 kq), Milad Beigi Harchegani (-80 kq) və Radik İsaevə (+80 kq), qadınlardan isə 49 kq çəki dərəcəsində Patimat Abakarova,Günay Ağakişiyeva (57 kq),Fəridə Əzizova (-67 kq) və Marina Tedeeva (+67 kq) medalla uğrunda mübarizəyə qatılacaq.Xatırladaq ki,taekvondo növü üzrə yarışlara 16 iyun tarixində start veriləcək. 4 gün davam edəcək mübarizədə Avropa ölkələrindən 128 idmançı dayaq üzərinə çıxacaq. Yarışlar Bakı şəhərində yerləşən "Kristal Hall" 3-də keçirilir.Bu gün həm də Avropa Oyunlarının kamandan oxatma yarışlarına start verilib. Kişilər arasında fərdi reytinq mərhələsində köhnə qitənin ən sərrast oxatanları 1/32 seçmə mərhələdən mübarizəyə başlayıblar. Azərbaycanı bu mübarizədə Aleksey Kopnin, Roman Vengerov, Taras Senyuk təmsil edirlər.Eyni zamanda, kişilər arasında komanda çoxnövçülüyü və qarışıq komanda çoxnövçülüyü reytinq mərhələsi üzrə yarışlara da start verilib.