I Avropa Oyunlarında atıcılıq yarışlarına start verilib

İlk Avropa Oyunlarında atıcılıq yarışına start verilib. Trend-in məlumatına görə, ilk yarış günündə 3 dəst medal sahibini tapacaq.Azərbaycan atıcılıq yarışında 3 idmançı ilə təmsil olunacaq. Onlar Əlimirzə Quliyev, Elvin İsmayılov və Alina Rəfixanovadır. Kişi atıcılar saat 10:30-da, A.Rəfixanova isə 11:25-də mübarizəyə qoşulacaq. Yarışlar Bakı Atıcılıq Mərkəzində keçiriləcək.Atıcılıq üzrə yarışlara iyunun 22-də yekun vurulacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31