Fransa MOK-un prezidenti: “I Avropa Oyunlarının açılış mərasimi fantastik idi”
15 İyun 2015 13:15 İdmanI Avropa Oyunlarının açılış mərasimi fantastik idi, izləyicilər möhtəşəm şouya, stadionda hökm sürən dostluq və doğmalıq ab-havasına valeh olmuşdular.
Bu barədə Trend-ə Fransa Milli Olimpiya Komitəsinin (MOK) prezidenti Dennis Masselya deyib.
O bildirib ki, Bakı gözəl şəhərdir, Kanna oxşayır: "Düşünürəm ki, Bakı I Avropa Oyunlarının keçirilməsi üçün ən uyğun şəhərdir. Bundan başqa, Bakı tədbirin təşkilati məsələlərinə yüksək standartlar müəyyənləşdirib. II Avropa Oyunları da belə səviyyədə keçirilməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31