Bakıda I Avropa Oyunlarının açılış mərasimi britaniyalı turisti valeh edib
15 İyun 2015 11:47 İdmanBakıda I Avropa Oyunlarının açılış mərasimi həqiqətən möhtəşəm idi. Bu barədə Trend-ə britaniyalı turist Stiv Deyvis deyib.
O bildirib ki, I Avropa Oyunlarının açılış mərasimi çərçivəsində təşkil edilən şou möhtəşəm olub: "Azərbaycan tarixini nümayiş etdirən epizodlar, səhnələrin tərtibatı, musiqi çox xoşuma gəldi".
S.Deyvis həmçinin idman yarışlarının yüksək səviyyədə keçirildiyini qeyd edib: "Artıq voleybol yarışlarında olmuşam. Bundan başqa, yüngül atletika, boks, gimnastika yarışlarında, həmçinin bağlanış mərasimində də olacağam. Yarışların yüksək səviyyədə keçirildiyini vurğulamaq istərdim".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31