I Avropa Oyunlarının açılış mərasimi unudulmaz tamaşa idi
15 İyun 2015 11:46 İdmanBakıda I Avropa Oyunlarının açılış mərasimi unudulmaz və valehedici tamaşa idi. Bu barədə Trend-ə hindistanlı azarkeş Pranab Kumar deyib.
O bildirib ki, I Avropa Oyunlarının açılış mərasimində şəxsən iştirak etmədiyi üçün çox heyfsilənib: "Mən və dostlarım açılış mərasimini televizordan izlədik. Bu həqiqətən yaddaşlardan silinməyəcək və valehedici tamaşa idi".
P. Kumar həmçinin Bakının gözəlliyini və paytaxt sakinlərinin qonaqpərvərliyini qeyd edib: "Məni heyran edən Azərbaycan paytaxtının gözəlliyi barədə ayrıca danışmaq istərdim. Belə gözəl şəhərdə olduğum üçün çox xoşbəxtəm. Və əlbəttə ki, milli mətbəxinizin yeməklərini çox bəyəndim. Çox dadlı idilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31