Ərdoğan Avropa Oyunlarını təyyarədə mobil telefonundan izləyib
15 İyun 2015 11:45 İdmanTürkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Avropa Oyunlarına marağı böyükdür. Trend-in məlumatına görə, ölkə başçısı 130 kq çəki dərəcəsində türkiyəli yunan-roma güləşçisi Rza Kayaalpın çıxışını mobil telefonu vasitəsilə izləyib.
R.T.Ərdoğan İstanbuldan Ankaraya getməzdən öncə təyyarədə avropa və dünya çempionu Rza Kayaalpın final qarşılaşmasına mobil telefonu vasitəsilə canlı baxıb.
Qeyd edək ki, Türkiyə komandası "Bakı-2015" ilk Avropa Oyunlarının iki yarış günündən sonra 4 qızıl, 2 gümüş və 6 bürünc medalla ümumi hesabda 3-cü pillədə qərarlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31