Avropa Oyunları: stolüstü tennis

Bakı-2015-in rəsmi saytı bildirir ki, Avropa Oyunlarının 4-cü günündə qadınlar və kişilər arasında stolüstü tennis yarışlarının komanda final mərhələləri keçirilir.

Hazırda qadınlar arasında bürünc medallar oynanır. Çexiya və Ukrayna üz-üzədir.

Qızıl medallar uğrunda qarşılaşma 12:30-da Almaniya və Hollandiya təmsilçiləri arasında keçiriləcək.

Kişilər arasında komanda final mərhələləri 17:00-da başlanacaq. Bürünc medallar uğrunda Almaniya ilə Avstriya yarışacaqlar.

Fransa ilə Portuqaliya isə 20:00-da qızıl medallar uğrunda mübarizəyə başlayacaqlar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31