Avropa Oyunlarında qadın volleybolçuları münasibətlərinə aydınlıq gətirir

Bakı-2015 I Avropa Oyunlarında qadın voleybolçular bu gün növbəti oyunlarına çıxacaqlar. Trend-in məlumatına görə, ikinci turda Azərbaycan yığması Polşanı sınağa çəkəcək.

A qrupunda yer alan millimiz Rumıniyadan sonra güclü polşalıları da məğlub etməyə çalışacaq. Rəqibin də ilk görüşdən qalib ayrılması matça olan marağı bir qədər də artırır.

Hazırda isə B Bolqarıstanla Rusiya üz-üzə gəlir. Hollandiya bu gün aktivinə növbəti 3 xalı yazdıra bilər. Çünki onlar I turda asan təslim olan Xorvatiyanı sınağa çəkəcəklər.

Turun son oyunu isə gərgin mübarizə vəd edir. Avropa Oyunlarında medalçılar sırasına düşməyi iddia edən Serbiya ilə Almaniya qarşılaşacaq. Hər iki komanda qələbə seriyasını davam etdirməyə çalışacaq.

A qrupu

11:00. Türkiyə - İtaliya

16:30. Rumıniya - Belçika

22:00. Azərbaycan - Polşa

B qrupu

09:00. Bolqarıstan - Rusiya

14:30. Xorvatiya - Hollandiya

20:00. Almaniya - Serbiya

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Bizi Twitter-dən izləyin: @trend_az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31