Güləşçimiz Sabah Şəriəti I Avropa Oyunlarının gümüş medalını qazanıb - FOTO

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü Sabah Şəriəti (130 kq) Bakı-2015 I Avropa Oyunlarının gümüş medalına sahib çıxıb.

Apasport.az saytının məlumatına görə, komandamızın ən ağır çəkili pəhləvanı Sabah Şəriəti 1/8 finalda Mikola Kuçmi (Ukrayna) ilə güləşib. Təmsilçimiz 8:0 hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib. O, yarımfinala vəsiqə uğrunda Yakobi Kajaya (Gürcüstan) qüvvəsini sınayıb və yenə qələbəyə sevinib - 5:2. Şəriəti finala gedən yolda İosib Çuqoşvilini (Belarus) xalçaya dəvət edib. Milliləşdirilmiş pəhləvanımız bu dəfə inamlı təsir bağışlayıb - 5:0.

Sabahın həlledici görüşdə rəqibi türkiyəli Riza Kayaalp olub. Şəriəti əvvəlki uğurlarının davamını gətirə bilməyib və gümüş medalla kifayətlənib. Bu, klassiklərimizin 6-cı, yığmamızın 13-cü mükafatı olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31