AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti görüşlər keçirilib - NƏTİCƏLƏR
14 İyun 2015 10:50 İdmanAVRO-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti görüşlər keçirilib. Apasport.az saytının məlumatına görə, 3 qrupda ümumilikdə 8 qarşılaşma baş tutub.
Gərginliyi ilə diqqət çəkən D qrupunda Almaniya millisi debütant Cəbbəlütariqi 7:0 hesablı darmadağın edərək meydana çıxmağına peşman edib. Sabiq "İnter"li Kaxaber Sxadadzenin çalışdırdığı Gürcüstan yığması isə Polşada biabırçılıqla üzləşib - 0:4
Qrupda günün mərkəzi matçı İrlandiya ilə Şotlandiya arasında keçirilib. Tərəflərin qarşılıqlı 1 qol vurduğu oyun elə bu hesabla da bitib.
F qrupunun liderləri olan Şimali İrlandiya ilə Rumıniya Belfastda münasibətlərinə aydınlıq gətirə bilməyiblər. Oyun başladığı kimi də bitib - 0:0.
Qrup üçüncülüyünə iddia edən Finlandiya isə Macarıstana yenilib - 0:1.
İ qrupunun lideri Portuqaliya rəqiblərindən bir qədər uzaqlaşmaq üçün ələ düşən imkanı boşa verməyib. Portuqallar autsayder Ermənistanı səfərdə məğlub ediblər - 3:2.
Qrupun digər autsayderlərindən olan Serbiya isə Danimarka səfərindən boynu bükük dönüb - 0:2. Bununla da serblər final mərhələsinə iddialarını itiriblər.
AVRO-2016-nın seçmə mərhələsi
13 iyun
D qrupu
Polşa - Gürcüstan - 4:0
Qol: Milik, 62, Levandovski, 89, 90+2, 90+3
İrlandiya - Şotlandiya - 1:1
Qol: Valters, 38 - Maloni, 47
Cəbəllütariq - Almaniya - 0:7
Qol: Şürrle, 28, 65, 71, Kruz, 47, 81, İlkay Gündoğan, 51, Bellarbi, 57
1.
Polşa
6
4
2
0
20:3
14
2.
Almaniya
6
4
1
1
16:4
13
3.
Şotlandiya
6
3
2
1
12:6
11
4.
İrlandiya
6
2
3
1
12:5
9
5.
Gürcüstan
6
1
0
5
4:13
3
6.
Cəbəllütariq
6
0
0
6
1:34
0
F qrupu
Finlandiya - Macarıstan - 0:1
Qol: Ştiber, 83
Farer adaları - Yunanıstan - 2:1
Qol: Hansson, 33, Olsen, 70 - Papastatapulos, 84
Şimali İrlandiya - Rumıniya - 0:0
1.
Rumıniya
6
4
2
0
7:1
14
2.
Ş İrlandiya
6
4
1
1
8:4
13
3.
Macarıstan
6
3
2
1
5:3
11
4.
Farer adaları
6
2
0
4
4:7
6
5.
Finlandiya
6
1
1
4
5:8
4
6.
Yunanıstan
6
0
2
4
2:7
2
İ qrupu
Ermənistan - Portuqaliya - 2:3
Qol: Pizelli, 15, Mkoyan, 72 - Ronaldo, 28 (pen.), 55, 58
Danimarka - Serbiya - 2:0
Qol: İ. Poulsen, 13, Yakop Poulsen, 86
1.
Portuqaliya
5
4
0
1
7:4
12
2.
Danimarka
5
3
1
1
8:4
11
3.
Albaniya
4
2
1
1
4:5
7
4.
Serbiya
5
1
1
3
6:8
1
5.
Ermənistan
5
0
1
4
5:9
1