Mehriban Əliyeva Avropa Oyunlarında qalib gələn karateçilərin mükafatlandırma mərasimində iştirak edib

Azərbaycanın birinci xanımı, Bakı-2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Avropa Oyunlarında 75 kiloqram çəki dərəcəsində qalib gələn karateçilərin mükafatlandırma mərasimində iştirak edib.

Trend-in məlumatına görə, bu çəki dərəcəsində qızıl medalı azərbaycanlı karateçi Rəfael Ağayev qazanıb.

Qeyd edək ki, 75 kq çərçivəsində Rəfael Ağayev İtaliyadan olan idmançı üzərində 1:0 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.

Bununla da bu gün karateçilərimiz Avropa Oyunlarında iki qızıl və iki bürünc medal qazanıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31